Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri, İcra nümayəndələri, bələdiyyələr və yerli ictimaiyyətin birgə iştirakı ilə 2.5 hektar dağətəyi sahədə salınan yeni yaşıllıq zolağına ümumilikdə 193 kiloqram olmaqla palıd qozası, badam, sumaq, yemişan və itburnu toxumları əkilib. Əkilən sahəyə aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər Ordubad rayonunda mütəmadi olaraq həyata keçirilməkdədir.