EN

UEFA Millətlər Liqası: Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bəlli olub

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Türkiyə millisinin də rəqibi bəlli olub.

“Ay-ulduzlular” A Liqasına vəsiqə uğrunda görüşdə Macarıstan seçməsi ilə qarşılaşacaq. Matçlar 2025-ci il martın 20-23-də ev-səfər prinsipi ilə keçiriləcək.

Türkiyə millisi B Liqasının 4-cü qrupunu 2-ci, Macarıstan yığması isə A Divizionunun 3-cü qrupunu 3-cü pillədə başa vurub.

Digər pley-off matçlarında Ukrayna Belçikaya, Avstriya Serbiyaya, Yunanıstan Şotlandiyaya (A/B Liqası), Kosovo İslandiyaya, Bolqarıstan İrlandiyaya, Ermənistan Gürcüstana, Slovakiya Sloveniyaya (B/C Liqası), Cəbəllütariq Latviyaya, Malta isə Lüksemburqa (C/D Liqası) rəqib olub.

A Liqasında 1/4 final mərhələsində Niderland İspaniyanı, Xorvatiya Fransanı, Danimarka Portuqaliyanı, İtaliya isə Almaniyanı sınağa çəkəcək. İtaliya-Almaniya cütünün qalibi yarımfinalda Niderland-İspaniya matçının güclüsü ilə qarşılaşacaq. Yarımfinalın digər matçı isə Danimarka-Portuqaliya və Xorvatiya-Fransa duelinin qalibləri arasında reallaşacaq.

Qeyd edək ki, oyunlar gələn ilin mart ayında keçiriləcək.

Chosen
12
2
yeniazerbaycan.com

10Sources