EN

"Formula-1"də 11-ci komanda

"Formula-1" üzrə dünya çempionatında 11-ci komanda iştirak edəcək.

İdman.biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) "Andretti"nin yarışda iştirakını təsdiqlədiyi bildirilib.

Yeni komanda 2026-cı ildən yarışa qoşulacaq. Yayılan məlumatlarda debütantın adının "General Motors"un mövqeyindən asılı olaraq dəyişə biləcəyi də vurğulanıb.

Qeyd edək ki, hazırda "Formula-1"də 10 komandadan 20 pilot mübarizə aparır.

İdman.biz

Chosen
22
2
idman.biz

3Sources