Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft alışını dayandıracaq.
Musavat.com xəbər verir ki, bu məlumatı "Reuters" agentliyinə Çexiya neft kəmərlərinin operatoru olan MERO dövlət şirkətinin rəhbərliyinin nümayəndəsi Zdenek Dundr açıqlayıb.
Onun sözlərinə görə, Çexiya gələn ilin ikinci rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlayacaq və iyul ayından etibarən Rusiya neftini almağı tamamilə dayandıracaq.
Şirkət nümayəndəsi bildirib ki, Rusiya neftinin alışının dayandırılması TAL trans-Alp neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə işlər başa çatdıqdan sonra baş verəcək. Agentliyin məlumatına görə, Çexiya 24 fevral 2022-ci ildən sonra neftin tədarükü mənbələrini və marşrutlarını aktiv şəkildə diversifikasiya edir. İndi respublika istehlak olunan neftin ümumi həcminin təxminən yarısını Rusiyadan alır.
Qeyd edək ki, Çexiyanın neft aldığı ölkələrdən biri də Azərbaycandır. Bu ilin 10 ayında 1 433 820.82 tonluq idxalla Bakı neftini alan ölkələrin siyahısında 2-ci yerə yüksəlib.
Musavat.com