EN

Arteta Tomiyasunun vəziyyətindən danışıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın müdafiəçisi Takehiro Tomiyasunun vəziyyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano Artetanın dediklərini belə çatdırıb.

"Tomiyasu hələ də əlçatan deyil. Onun nə vaxt qayıdacağını bilmirik. İndi o, ətrafını dəyişmək və müalicəsini davam etdirmək üçün bir neçə həftəliyə yola düşəcək.O, əla oğlandır, amma oynaya bilməyəndə özünü dəhşətli pis hiss edir".

Bu mövsüm 26 yaşlı Tomiyasu İngiltərə Premyer Liqasında cəmi 1 oyunda meydana 6 dəqiqə çıxıb. Sabah İngiltərə çempionatının 12-ci turu çərçivəsində "Arsenal" "Nottingem Forest"i qəbul edəcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Chosen
45
90deqiqe.az

1Sources