EN

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Casusluqda ittiham edilərək saxlanılan Sərkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib.   Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, o, Azərbaycanın daxilindəki keçmiş və qondarma separatçı qurumda “müxtəlif vəzifələrdə” çalışıb, Şuşa rayon “administrasiyası rəhbərinin müavini”, “təhsil nazirliyi aparatının və “prezident aparatı rəhbəri”nin müavini olub. İş materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin xüsusi xidmət orqanlarına "işə götürülüb". Vurğulanıb ki, Xankəndi separatçılardan təmizləndikdən sonra Qalstyan altı aya yaxın bu şəhərdə qalıb. 2024-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və orada saxlanılıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Qalstyanın evində axtarış apararkən, türk dilində lüğət tapıb və bunu maddi sübut kimi götürüb. Lakin Qalstyanın vəkilləri bu ittihamı qəbul etmir. Onlar bildirir ki, Qalstyanın ixtisası türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Chosen
62
1
manset.az

10Sources