Türkiyədə 2 bələdiyyə sədri terror qruplaşmaları ilə əlbir olduğu üçün işdən azad edilib.
AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tunceli bələdiyyə başçısı Cevdet Konak və Ovacık bələdiyyə başçısı Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırılıb.
Hər iki şəxsin \"PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı həbs cəzasına məhkum edildiyi üçün işlərinə xitam verildiyi qeyd olunub.