EN

Aleksandr Lukaşenko seçki dövründə Belarusda interneti bağlayacaq?

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2020-ci ildə olduğu kimi seçkilər fonunda yeni kütləvi etirazlar başlasa, ölkədə interneti tamamilə kəsəcək.

Belarusun BELTA dövlət agentliyi xəbər verir ki, o, bunu noyabrın 22-də humanitar universitetlərin tələbələri ilə görüşdə deyib.

Lukaşenkonun sözlərinə görə, 2020-ci ildə ölkənin taleyi risk altında idi. O, həmçinin bildirib ki, nümayişçilərin döyülməsi halları olmayıb. “Hər şeyin haradan gəldiyini başa düşürdüm, hər şey internetdən, Polşadan gəlirdi: marşrutlar, hara gedəcəyimiz, necə gedəcəyimiz… Nəyə çata biləcəyimizi anlayırdım. Bizim üçün Ukraynadan daha çətin müharibə olardı”, – Lukaşenko deyib.

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources