EN

Qambiyalı nümayəndə: COP29 çərçivəsində tərəflərin vacib razılaşmalara nail olacağına ümidvaram

COP29 konfransı mükəmməl təşkil olunub və özümü burada çox rahat hiss edirəm. Konfrans ümumilikdə çox səmərəli keçir. Azərbaycan xalqının qonaqpərvərliyindən isə olduqca məmnunam.

Bu sözləri AZƏRTAC-a COP29 çərçivəsində ölkəmizə gələn qambiyalı nümayəndə Momodou Ceesay eksklüziv müsahibəsində söyləyib.

Onun sözlərinə görə, bəzi məsələlərdə hələlik razılıqlar əldə olunmasa da, belə beynəlxalq platformaların əsas məqsədi iştirakçıların bir-biri ilə dialoq qurması və fikirlərini bölüşməsi üçün imkan yaratmaqdır.

M.Ceesay Qərbi Afrikada yerləşən və əhalisi 2.4 milyona çatan Qambiyanın iqlim dəyişikliklərinə qarşı xüsusilə həssas olduğunu bildirib: “Ölkəmizin zəif infrastruktura malik olması ekstremal iqlim hadisələrinin təsirini artırır. Qambiyada meşələrin qırılması, meşə yanğınları və digər təbii fəlakətlər yerli əhalinin gündəlik həyatına ciddi təsir göstərir. Bu problemlərin həlli üçün Qambiya hökuməti ciddi səylər göstərir”.

Qambiyalı qonaq COP29 çərçivəsində tərəflərin vacib razılaşmalara nail olacağına ümid etdiyini bildirib. Onun fikrincə, iqlim dəyişiklikləri ilə mübarizə bütün ölkələrin birgə öhdəliyidir və bu mübarizədə inkişaf etmiş dövlətlərin də üzərinə böyük məsuliyyət düşür.

Chosen
14
xalqqazeti.az

1Sources