EN

"Apple" 2026-cı ildə "ChatGPT" ilə rəqabət aparmaq üçün smart "Siri"ni buraxacaq

"Apple" 2025-ci ildə təqdim olunacaq qabaqcıl böyük dil modelləri əsasında "Siri"nin daha ağıllı versiyasını hazırlayır. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbənin sözlərinə görə, sistem daxili olaraq "LLM Siri" kimi tanınır, bu Böyük Dil Modelləri mənasını verən abreviaturadır. Yenilənmiş səs köməkçisi hazırda ayrıca proqram çərçivəsində sınaqdan keçirilir, lakin gələcəkdə hazırkı "Siri"ni əvəz edəcək.

"Apple" gələn il "iOS 19" və "macOS 16"nın bir hissəsi kimi "LLM Siri" təqdim etməyi planlaşdırır, lakin yeni platformanın tam istifadəyə verilməsi 2026-cı ilin yazına qədər baş tutmayacaq. Şirkət "iOS 18" yeniləməsinin bir hissəsi kimi təqdim edilən "Apple Intelligence AI" sistemi ilə də eyni şeyi edib, amma bir çox funksiya hələ də əlçatan deyil.

Yenilənmiş "Siri" "OpenAI"nin "ChatGPT" və "Google"un "Gemini"sinə bənzər daha təbii istifadəçi təcrübəsini təmin etmək üçün yeni süni intellekt modellərindən istifadə edəcək.

"iOS 18.1"in buraxılması ilə "Apple Siri"nin dizaynını və funksionallığını yeniləyib, "Siri"yə "Type" və digər funksiyalar əlavə edib. Bundan əlavə, beta testində olan və dekabr ayında buraxılacaq "iOS 18.2" "ChatGPT" dəstəyini birləşdirir. "iOS 18.3"dən başlayaraq "Siri" proqramlarda hərəkətlər edə və sualların kontekstini daha yaxşı başa düşə biləcək.

Paşa Məmmədli

Chosen
24
valyuta.az

1Sources