EN

İspaniya "müharibə riskləri" halında əhali üçün təlimatlar hazırlayacaq

Bakı. Trend:

İspaniya hökuməti hərbi əməliyyatlarla bağlı risklərlə mübarizəaparmaq üçün ilk konkret milli mülki müdafiə planınıhazırlayır.

Trend-in məlumatına görə, bu barədə "20 Minutos" və "La Razon"nəşrləri mənbələrə istinadən bildiriblər.

Qeyd olunub ki, sənədin hazırlanmasına Ukraynadakı münaqişədəgərginliyin artması, xüsusən də Rusiyadakı hədəflərə Qərbinuzaqmənzilli silahları ilə zərbə endirməyə icazə verilməsi səbəbolub.

Mənbələr "20 Minutos"a bildiriblər ki, mümkün hərbi münaqişəvəziyyətində təlimatların yaradılması təşəbbüsü mülki müdafiə üzrəikinci milli strategiyanın bir hissəsidir.

Bildirilib ki, planın hazırlanmasında İspaniyanın Mülki MüdafiəMilli İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları daiştirak edirlər. Yekun məqsəd əhalini hərbi münaqişə ilə bağlırisklər zamanı görülməli olan təxmini tədbirlər toplusu ilə təminetməkdir.

Chosen
14
az.trend.az

1Sources