EN

“Oreşnik” raketi Zelenskini qorxudub -

Rusiyanın “Oreşnik” raketi ilə Ukraynadakı hədəfləri vurması Zelenskini qorxudub. Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Belarusun Brest şəhərində həmkarı Maksim Rıjenkovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Lavrov Kiyevin həyata keçirdiyi hücumlarda Qərbin birbaşa əli olduğunu bildirib. Lavrov, “Bizim cavabımıza verilən reaksiyaya əsasən, Zelenskinin qorxduğunu anlayıram, çünki o, dərhal qəyyumlarını Ukraynanı silahsız qoymaqda ittiham etməyə başlayıb” - deyə bildirib.

Rusiya XİN rəhbəri bildirib ki, Qərb ölkələri Zelenskiyə uzaqmənzilli raketlərdən istifadəyə icazə verib və Kiyev Qərbin birbaşa iştirakı olmadan bu raketlərdən istifadə edə bilməz.

Chosen
30
metbuat.az

1Sources