EN

Ölən xəstənin gözü itdi, həkimlər "siçovullar aparıb" dedi

Hindistanın Bihar əyalətindəki Nalanda Tibb Kolleci Xəstəxanasında baş verən hadisə tibb dünyasını və ictimaiyyəti şoka salıb. Silahlı hücum nəticəsində dünyasını dəyişən xəstənin gözü morqdan gətirilərkən itib. Xəstəxana rəhbərliyi elə izahat verib ki, buna heç kim inanmayıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Hindistanda silahlı hücuma məruz qalan Fantuş Kumarın cənazəsi morqdan çıxarılarkən sol gözünün yoxa çıxdığı diqqət çəkib. Ölən şəxsin yanında cərrahi bıçaq da tapılıb.

HÄ°T.az xÉ™bÉ™r verir ki, Nalanda Tibb Kolleci XÉ™stÉ™xanasının rÉ™hbÉ™rliyi Kumarın gözünün siçanlar tÉ™rÉ™findÉ™n diÅŸlÉ™ndiyini iddia edib. Lakin mÉ™rhumun ailÉ™si bu açıqlamaya inanmayıb, morq rÉ™hbÉ™rliyinin sÉ™hlÉ™nkarlıq etdiyini bildirib vÉ™ polisÉ™ müraciÉ™t edib. 

Hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntüləri araşdırılacaq və yarılma əməliyyatını həyata keçirən həkimlərdən izahat istəniləcək.

Xəstəxana rəhbərliyi məsələni araşdırmaq üçün araşdırma qrupu yaradıb və təhlükəsizlik kamerası görüntülərinin araşdırılacağı bildirilib. Yarılma aparan həkimlərdən də izahat istəndiyi bildirilib.

Kumarın yaxınları "Cəsəd morqdan gətirilərkən sol gözün olmadığını və xərəkdə cəsədin yanında cərrahi bıçaq olduğunu gördük. Gözün oğurlandığını düşünürük" deyə bildirib.

Ailə səhlənkarlıq və bəd niyyət olduğunu iddia etsə də, həkimlər yarılmadan əvvəl gözün siçanlar tərəfindən dişlənmiş ola biləcəyini iddia edirlər.

Samir

Chosen
24
hit.az

1Sources