EN

Anti-Azərbaycan mərkəzlərin mənfur ssenariləri iflasa uğradı

Beynəlxalq əhəmiyyətli tədbirlərin uğurla reallaşdırılması sahəsində böyük təcrübəsi olan Azərbaycanın CO29-la bağlı təbliğ və təşviq etdiyi istiqamətlərin qlobal dəstək qazanması, həmçinin Paris razılaşmasının prinsipial 6.4-cü maddəsi ilə bağlı ortaq məxrəcə gəlinməsi artıq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının uğuru kimi qəbul oluna bilər. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvessiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi mühüm hadisədir. Çünki Azərbaycan bu konfrans gündəmə gəlməzdən də əvvəl yaşıl enerji sahəsinə sərmayə yatıran ölkədir. COP29-un əsas məqsədi iqlim problemlərinə qlobal diqqəti cəlb etmək, bu məsələyə töhfə verməkdən ibarətdir. Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizi azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 fazizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqtisadi mövqeyini gücləndirən və onu qlobal səviyyədə yaşıl iqtisadiyyata keçid imkanlarını artıran strateji addım kimi qiymətləndirilməlidir. Bu möhtəşəm tədbir ölkəmizi qlobal müzakirələrdə aparıcı bir oyunçuya çevirmək potensialına malikdir. Bu cür tədbirlər təkcə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə ev sahibliyi etməklə qalmır, həmçinin iqtisadi, siyasi və sosial aspektləri olan geniş məsələləri də gündəmə gətirir.

Bu gün qlobal problemlər bəşəriyyəti narahat etməklə dünya dövlətləri və beynəlxalq təşkilatlar qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Ekspertlərin də bildirdikləri kimi, bu problemlər ayrı-ayrılıqda özünəməxsus xüsusiyyətlərə malik olsa da, onların aradan qaldırılması universal prinsiplər və yanaşmalarla mümkündür. BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında da qeyd olunub ki, ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər. Baş katib vurğulayıb ki, Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır: “Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram”.

 Bütün bunların fonunda COP29 ərəfəsində anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı strart verilən hücumlar, çirkli qarayaxma kampaniyaları hələ də davam edir. Məlum qərəzli və fitnəkar dairələr əllərindəki bütün resurslardan, bütün mümkün vasitələrdən, ölkəmizdəki antimilli ünsürlərin yığnağı olan radikal müxalifət düşərgəsinin təmsilçilərindən- AXCP sədri Əli Kərimlidən, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlidən və onların başıpozuq dəstəsindən istifadə edərək iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə çox fəal rol oynayan Azərbaycanın beynəlxalq imicini ləkələmək üçün ən çirkin vasitələrə əl atırlar. Erməni lobbisinin sifarişi, maliyyəsi ilə fəaliyyət göstərən bu ünsürlər Bakıda COP29 kimi qlobal miqyaslı tədbirin davam etdiyi günlərdə “The Telegraph”, “The Times”, “The New York Times”, “The Guardian” kimi media orqanlarında Azərbaycanla bağlı şantaj xarakterli məqalələr dərc etdirir, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ölkəmizə qarşı qərəzli iddialardan ibarət hesabatların açıqlanmasına rəvac verirlər.

Bütün bunlar heç bir nəticə verməyəcək. Belə ki, məlum ermənipərəst dairələrin və onların “sapı özümüzdən olan” əlaltılarının Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, daha sonra I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçirilən zamanlarda da həyasızcasına Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası fiaskoya uğramışdı. Qətiyyətlə deyə bilərik ki, bu dəfə də məlum məklri mərkəzlərin ölkəmizə qarşı apardığı “qara piar” kampaniyası iflasa uğrayacaq. Qlobal əhəmiyyətli CO29-un ölkəmizdə ən yüksək səviyyədə təşkili və uğurla davam etməsi, xüsüsilə də Avropa İttifaqına üzv olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin bu mhtəşəm tədbirdə dövlət və ya hökumət rəhbərləri səviyyəsində iştirak etməsi Qərbdəki ənənəvi anti-Azərbaycan dairələrə ölümcül zərbə vurdu. Bütün dünya bəşər tarixinin səhifələrində möhtəşəm yer tutacaq COP29-un öz məqsədinə ən yüksək səviyyədə nail olmasına erməni lobbisinin muzdlu nökərlərinin bu mötəbər tədbirlə bağlı Azərbaycana qarşı apardığı qərəzli, məkrli, şər-böhtan xarakterli qarayaxma kampaniyasının nə qədər əsassız olduğuna bir daha şahidlik etdi. Erməni lobbisinin və yaldaşlarının COP29-la bağlı mənfur ssenariləri bütünlüklə iflasa uğradı…

Zahid Rza, “İki sahil”

Chosen
25
ikisahil.az

1Sources