EN

Şirvanda məcburi köçkün qəsəbəsi ilə bağlı 1,4 milyonluq "kombi layihəsi"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Tunel-Metro İnşaat" şirkəti ilə maliyyə dəyəri  1 499 209,12 manat təşkil edən satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az-ın məlumatına görə, şirkət Şirvan şəhərində salınmış məcburi köçkün qəsəbəsində mənzillərin isti su və isitmə sistemlərnin quraşdırılacaq kombiyə qoşulması işlərinin satına alınması ilə bağlı tenderin qalibi seçilib.

"Tunel-Metro İnşaat" şirkəti 2001-ci ildə təsis edilib. Şirkətin təsisçisi və rəhbəri Qərib Kamran oğlu Dadaşovdur. 

Təmir-tikinti sahəsində fəaliyyət göstərən və bir sıra dövlət layihələrini icra edən şirkət vaxtaşırı "Qaçqınkom"dan sifarişlər alır.

Hüseyn

Chosen
25
valyuta.az

1Sources