EN

Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"

"Biz Pakistanda 2022-ci ildə daşqın yaşadıq. Daşqın nəticəsində ölkəmiz çox ciddi ziyan gördü. Bu iqlim hadisəsi həqiqətən də böyük bir fəlakət idi. Daşqın nəticəsində xeyli insan didərgin düşdü. Onların böyük əksəriyyəti qadın və uşaqlar idi".

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab deyib.

Onun sözlərinə görə, iqlim problemləri təkcə təbiətə ziyan vurmaqla deyil, eyni zamanda, dolayı yolla gənc qadınların, uşaqların da həyatına mənfi təsir edir. Pakistanlı ekspert qeyd edib ki, bəşəriyyət iqlim dəyişikliyinə görə narahatdır: Qaiser Navab inkişaf etmiş ölkələrin iqlim fəlakətlərinə görə məsuliyyət daşıdığını qeyd edib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-un təşkilatçılığının mükəmməl, çoxtərəfli olduğunu diqqətə çatdırıb: "Bu, dünyanın ən böyük forumlarındandır. Qlobal ictimaiyyət bu günün ən böyük problemlərindən birini, yəni iqlim dəyişikliyini müzakirə etməyə gəlir. Azərbaycan dünyaya göstərdi ki, onlar bütün dünya ictimaiyyətini bir araya gətirə və hər kəsə aid olan problemi müzakirə edə bilərlər".

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili COP29-da xidmət göstərən könüllülərin hamını təsirləndirdiyini bildirib. "Bu yeni konsepsiyadır. Biz bu günə qədər olan COP-larda könüllülərin fəaliyyətini görməmişik. Onlar qonaqları mehriban və səmimiyyətlə qarşılayırlar",- deyə qonaq qeyd edib.

Chosen
68
5
ekologiya.az

10Sources