EN

Növbəti görüşdə delimitasiya üçün yeni seqment seçiləcək

Növbəti görüşdə Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib.

Baş nazir qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək.

“Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən güman edirəm ki, COP29-dan sonra bu proseslər davam edəcək”, - deyə Paşinyan bildirib.

Chosen
59
4
unikal.az

6Sources