Bakıda yeni yol nişanları quraşdırılıb.Gender.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:"Afiyyədin Cəlilov küçəsində 26, Azadlıq prospektində 39,Mətbuat prospektində 44 ədəd yol nişanı quraşdırılıb;Abay Kunanbayov küçəsində 2 ədəd ("5.16.1-5.16.2") piyada keçidi yol nişanı quraşdırılıb;Alim Şəbiyev küçəsində 2 ədəd "1.21 uşaqlar" və 2 ədəd "5.16.1-5.16.2" piyada keçidi yol nişanı quraşdırılıb;Balaxanı yolu, Mikayıl Useynov, Nabatxanım Aşurbəyova,Mirzəağa Əliyev və Mirəli Seyidov küçələrində 7 ədəd dayanma və durma qadağandır yol nişanı quraşdırılıb"."Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir",- deyə qurumdan əlavə edilib.