EN

Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər...

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Trampın praqmatik insan olduğunu düşünürük. Cənab Tramp açıq şəkildə bəyan edib ki, o, bu münaqişənin tez bir zamanda dayandırılması üçün çalışacaq. Və o bunu edə bilər, çünki bütün açarlar Vaşinqtondadır”, - Medvedev vurğulayıb.

Poliqon.info

Chosen
3
5
poliqon.info

10Sources