EN

Bayden Makronla danışdı: məsləhətləşmələr barədə razılıq...

Noyabrın 22-də ABŞ Prezidenti Co Bayden Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Bildirilib ki, liderlər bir sıra qlobal və ikitərəfli məsələləri, o cümlədən Ukraynada genişmiqyaslı müharibə və İsrail və Livan arasında növbəti gərginliyi müzakirə ediblər.

Makron və Bayden məsləhətləşmələri davam etdirmək barədə razılıq bildiriblər.

Chosen
17
1
axar.az

2Sources