EN

Paşinyandan Azərbaycana qarşılıqlı güzəşt təklifi

Ermənistan Azərbaycana Avropa İttifaqının mülki missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesi haqqında danışarkən ölkəsinin İctimai Kanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.

“Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – o vurğulayıb.

Paşinyan bəyan edib ki, öz tərəfindən Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcək.


Müəllif: Arzu
Chosen
30
8
teleqraf.com

10Sources