EN

İstanbulda azərbaycanlı saxlanıldı: Avtomobildən 70 kilo qızıl tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda, "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanmış taksidə aparılan axtarış zamanı 70 kiloqram qızıl ələ keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu, İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan Azərbaycan vətəndaşı M.Ş.G. qızılların ona məxsus olduğunu, özünün də diplomat olduğunu iddia edib. Lakin polis əməkdaşları şübhəlinin ifadəsinə məhəl qoymayaraq onu saxlayıblar.
İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb.
Chosen
27
2
oxu.az

2Sources