EN

İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar

Türkiyədə Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgül vəzifələrindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi sosial şəbəkədə açıqlama yayıb.

Bildirilib ki, Tunceli Respublika Prokurorluğu tərəfindən Konak və Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ayrı-ayrılıqda cinayət işi açılıb.

Chosen
5
1
publika.az

10Sources