EN

Səma "qonağı" - Rusiyalılar gündüz vaxtı unikal hadisənin şahidi oldular

Rusiya sakinləri heyrətamiz hadisəsinin - işıqlı gündüz səmasında müşahidə edilə bilən parlaq meteorun uçuşunun şahidi olublar.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bolidlə bağlı unikal kadrlar sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hadisə Blaqoveşşensk şəhərində qeydə alınıb.

Bolidlər - parlaqlığına görə hətta gündüz görünə bilən son dərəcə nadir meteorlardır. Onları yalnız müstəsna hallarda görmək mümkündür. Statistikaya görə, bolidlər Yer atmosferində ildə bir neçə dəfə görünür, bu hadisəni gündüz görmək ehtimalı isə daha azdır.

Chosen
43
3
hakimiyyet.az

4Sources