EN

ÜST-dən meymunçiçəyi ilə bağlı qərar

"Mpox" (meymunçiçəyi) xəstəliyinin yayılması ilə əlaqədar avqustun 14-də elan edilmiş qlobal səhiyyədə fövqəladə hal qüvvədə qalır.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qərar qəbul edib. O, mpox üzrə fövqəladə hallar komitəsinə daxil olan ekspertlərin tövsiyələri əsasında bu qərara gəlindiyini bildirib.

Qeyd edilib ki, komitə bu ilin avqustundan bu yana ikinci dəfə meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədar noyabrın 22-də toplanıb.

Chosen
19
2
publika.az

3Sources