EN

Mehriban Xanlarova rejissorları qınadı

“Bəzi dırnaq arası aktyor və aktrisalar var, gəlirlər ki, bu gün 50 və ya 100 manat müqabilində filmə çəkilim. Deyirlər nə olacaq ki? Onlar buna razılaşırlar, sabah sıra bizə gələndə rejissor deyirlər ki, filankəs gəlib o qiymətə çəkildi, sən niyə belə deyirsən? Filankəsi çəkirsən onda get, çək. Ona görə sənin çəkdiyin film də, obraz da süni, saxta çıxır. Səbəbi də puldur”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

Aktrisa rejissorların sənətkarlara az qonorar müqabilində film və ya serial çəkmək istəməklərini sərt şəkildə qınayıb:

“Niyə mən sənin filmində, serialında canımı qoyuram? Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir, ağlayanda içdən ağlayıram, canım gedir. Hətta dodağım partlayıb çəkilişdə. Həqiqətən də sənət qurban tələb edir. Amma mənim vecimə belə deyildi, çünki bu sənətimdir. O ağrını yaşamadan mən sizə oynadığım rolu yaşada bilmərəm”.

Chosen
27
olay.az

1Sources