Vətəninfo.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampla Florida ştatındakı iqamətgahında görüşməyə gedib .
Qəzetin mənbələrinə görə, Rutte Hollandiya hökumətinin təyyarəsi ilə Trampı görməyə gedib. Məlumata görə, NATO-nun yüksək rəhbərliyi üçün öz təyyarəsi yoxdur, ona görə də alyans onu müttəfiqlərdən icarəyə götürür.
Öz növbəsində aviasiya jurnalisti Menno Svart Hollandiya hökumətinin təyyarəsinin ABŞ-ın Florida ştatında olduğunu bildirib.
NATO üçün Trampın Ağ Evə qayıtması onun Ukraynaya dəstəyini davam etdirib-etdirməyəcəyi ilə bağlı çoxlu suallar yaradır.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Rutte Trampa Ukrayna üzrə sülh danışıqlarının strategiyasını müzakirə etmək üçün Mar-a-Laqo iqamətgahına baş çəkmək niyyətindədir.