EN

Putin  təmaslara hazırdır-Peskov

Rusiya prezidenti Vladimir Putin “sülh trayektoriyasına” çatmaq və Ukraynada münaqişənin gərginliyini azaltmaq üçün istənilən təmaslara hazır olduğunu vurğulayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Dialoqa hazır olmağa gəlincə, hətta dünənki bəyanatında prezident həm gərginliyin azaldılması, həm gərginliyin daha da artmasının qarşısını almaq, həm də sülh yoluna çıxmaq məqsədilə istənilən təmaslara hazır olduğunu vurğulayıb. Buna görə də prezidentin təmaslara hazır olması… bu gün də aktual idi, aktualdır və qalır”, – deyə Peskov bildirib.

Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də videomüraciətində bildirib ki, Amerika və Böyük Britaniyanın uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq Rusiya silahlı qüvvələri Dneprdəki Ukrayna hərbi-sənaye kompleksinin obyektini ən yeni orta mənzilli hipersəs raketi ilə vurub.

Chosen
18
veteninfo.az

1Sources