EN

Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

Image

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə qalmaqala səbəb olan açıqlama ilə çıxış edib. Fransa liderinin Haiti dövlət rəhbərliyini “axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub. “The Guardian” nəşrinin yazdığına görə, Haiti hökuməti Makronun “dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb.
Belə ki, çərşənbə günü Fransa Prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını “tamamilə axmaqca” adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib.

Mətləb





Chosen
13
baki-xeber.com

1Sources