EN

"Trampa zərbə arxasınca zərbə gəldi" - Politoloqdan AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp prezidentlik kürsüsünə oturmamış zərbə dalınca zərbə almaqdadır". 

 

Xəbər verilir ki, bunu politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, birinci zərbə hazırkı prezident, demokratların nümayəndəsi Co Bayden tərəfindən gəlib.

 

"Qoca Co-nun Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbələri endirməyə icazə verməsini eyni zamanda yeni seçilmiş prezident Trampın gələcək fəaliyyətinə edilmiş hücum kimi də qiymətləndirirlər. Rusiya-Ukrayna müharibəsini bir gündə, hətta bir zənglə bitirməyə söz vermiş Trampın bu vədi Ukraynanın Rusiyaya atdığı raketlərin köməyi ilə həyata keçməmiş qala bilər. Trampa ikinci zərbə Beynəlxalq Cinayət Məhkəməsindən gəldi. Bu nüfuzlu məhkəmənin İsrailin Baş Naziri Netanyahunu cinayətkar adlandırması və onun həbsi barədə order verməsini də artıq Trampa ünvanlanmış hücum kimi qiymətləndirirlər. Çünki Netanyahu Trampın ən yaxın dostudur və onların yaxın zamanlara hesablanmış İranla bağlı ciddi planları var idi". 

 

Ekspert Trampın ilk addımlarının uğursuz olacağını da bildirib:


 "Trampın beynəlxalq axtarışda olan cinayətkarla münasibət saxlaması dünyanın aparıcı dövlətini başçısı üçün nə anlama gələcək? Məlum deyil. Məlum olan ilk addımların Tramp üçün heç də uğurlu olmamasıdır. 

 

Üçüncü zərbənin haradan gələcəyi və hansı ağırlıqda olacağını müəyyənləşdirmək üçün proqnozlara ehtiyac var".

 

İnci 


Chosen
7
1
azia.az

2Sources