EN

Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...

Bələdiyyəİmişli rayonunun Bəcirəvan kəndinin bir qrup sakini ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb.Qlobal.az-ın elektron ünvanına göndərilən şikayət məktubunu təqdim edir:Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevəAzərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban ƏliyevayaAzərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran ƏliyevəEkologiya və Təbii Sərvətlər naziri Cənab Muxtar BabayevəHörmətli cənab Prezident, bildiyiniz kimi Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirləri davam etdirilir. Bu beynəlxalq tədbir Azərbaycan Prezidenti olaraq şəxsən sizin təşəbbüsünüz və yaxından iştirakınızla həyata keçirilir. Bu tədbirin məqsədi həm ölkə, həm Qafqaz, həm də beynəlxalq səviyyədə iqlim şəraitinə birbaşa təsir göstərən ekoloji tarazlığın qorunub saxlanılmasıdır. Lakin ölkədə keçirilən bu yüksək səviyyəli ekoloji tədbirə paytaxtda Sizin səviyyədə dəstək verildiyi halda yerlərdə, xüsusən də İmişli rayonunda vəziyyət tamam əksinədir. Nəinki yerlərdə məmurlar tərəfindən bu tədbirə dəstək verilir, əksinə bu boyda dünya səviyyəli tədbiri heçə alaraq şəxsi maraqları naminə meşə massivləri məhv edilməklə ekologiyaya divan tutulur. Belə ki, İmişli rayonunun Bəcirəvan kəndində hal-hazırda bələdiyyə sədri olan Atakişiyev Məmi İmran oğlu və onların havadarları tərəfindən təbii meşə massivlərinin məhvi ilə məşğuldurlar. Hazırda həmin şəxslər tərəfindən Bəcirəvan kəndində COP29-un keçirildiyi günlərdə iqlimə, ekologiyaya qarşı amansız soyqırımı həyata keçirirlər. Belə ki, bu beynəlxalq tədbirin gedişi ərəfəsində İmişli rayonunun Bəcirəvan Bələdiyyəsinin sədri Atakişiyev Məmi İmran oğlu öz yaxın qohumu (qardaşının qudası) Müdafiə Nazirliyinin generalı Rasim Babayevlə (bu generalın digər qardaşları olan hazırda sərəncamda olan keçmiş korpus komandiri general Münasib Babayev, digər qardaşı isə hazırda İnterpolun Milli Mərkəzi Bürosunda rəis müavini vəzifəsində işləyən polis polkovniki Muradəli Babayevdir) əlbir olaraq Azərbaycanın ikinci ən böyük çayı olan Araz çayının İmişli rayonunun Bəcirəvan kəndi ərazisindən keçən hissəsinin sol sahili boyunca ağır texnika vasitəsilə yüz illərdən bəri təbii meşə zolağları məhv edilir. Məhv edilən meşə massivinin yerində isə qanunsuz olaraq qum karyeri açıblar. Bələdiyyə sədrinin illərdir bu kimi qanunsuz əməllərinə etiraz edən kənd sakinləri yerli polis şöbəsinə çağırılıb ciblərinə narkotik maddə qoyulub həbs edilmələri ilə hədələnərək əhalini bu qanunsuz əməllərə qarşı çıxmağa qoymurlar. 17.11.2024-cü il tarixdə yerli sakinlərin həm otlaq sahələrini də öz məkrli planlarına salaraq hektarlarla ərazindəki qırmızı kitaba düşən yulğun və digər çoxillik təbii meşə ağaclarını məhv etmələri kənd camaatının səbr kasasını daşdırmışdır. Onlar bu özbaşınalığa son qoymaları üçün ərazidə işləyən ağır texnikanın qarşısını kəsib işin dərhal dayandırılmasını tələb ediblər. Etiraz edənlər haqlı olaraq bu ekoloji soyqırımın qarşısını almağa çalışıblar. Həmişə olduğu kimi bu dəfə də dərhal əraziyə yüksək rütbəli polis məmurunun rəhbərliyi ilə bir qrup silahlı polis əməkdaşları əraziyə cəlb olunub əhalini oradan zorla uzaqlaşdırıblar. Bundan başqa, Bələdiyyə sədri Atakişiyev Məmi İmran oğlunun daha əvvəllər də bu kimi ekologiyaya vurduğu zərərlərlə bağlı kənd sakinlərinin etdikləri şikayətlərə cavab olaraq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini Emin Məmmədovun imzasıyla gələn 26.01.2024-cü il tarixli cavab məktubunda onun bu qanunsuz əməlləri barədə toplanmış materiallara Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən qeydiyyata alınaraq araşdırılması və qərar qəbul edilməsi üçün İmişli rayon Polis Şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Lakin həmin vaxtdan indiyədək heç bir tədbir görülməmişdir.Hörmətli Cənab Prezident, İmişli rayonunun Bəcirəvan kənd sakinləri olaraq məlumat veririk ki, sizin şəxsən təşəbbüsünüz və yaxından iştirakınızla keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirlərinə sizin yerli məmurların yerlərdə aparılan ekoloji soyqırımla sizə bu cür "dəstək” verirlər. Ona görə də Sizdən bu cür qanunsuz əməlləri ilə sizin siyasətinizə qarşı olan belə məmurların cəzalandırılması barədə aidiyyəti qurumlara göstəriş verməyinizi sizdən xahiş edirik.Hörmətlə,İmişli rayonunun Bəcirəvan kənd sakinləri:BələdiyyəBələdiyyəBələdiyyə

Chosen
37
yenisoz.az

1Sources