EN

Xalq müxalifətdən razı DEYİL

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətdən narazılığını bildirib.

 

Modern.az-ın məlumatına görə, bunu Zurabişvili yerli kanallara müsahibəsində bildirib

 

Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşıblar.

 

“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazır idi. Biz nizamnaməyə uyğun fəaliyyət planını, hansı qanunların qəbul edilməli olduğunu, növbəti seçkilərə necə getməli olduğumuzu bilirdik”, - deyə Prezidenti qeyd edib.

 

Gürcüstanda seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 89 mandat (53,93%) əldə edib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və prezidentin də iştirak etdiyi etiraz aksiyaları keçirilib. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədir.

Chosen
5
4
modern.az

10Sources