EN

PKK/KCK üzvü hava limanında tutulub

PKK/KCK-PYD/YPG terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olan Mehmet Savaşın Fransadan Türkiyəyə gəldiyi zaman hava limanında saxlanılıb.

“İki sahil”in “HaberGlobal”a istinadən verdiyi məlumatına görə, Mehmet Savaş məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər verilir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, PKK/KCK-PYD/YPG silahlı terror təşkilatına üzv olmaq cinayətindən İstanbul 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən axtarışda olan Mehmet Savaşın noyabrın 20-də Fransadan Türkiyəyə daxil olduğu müəyyən edildikdən sonra hərəkətə keçiblər.

O, İstanbul hava limanında saxlayıb.

İstanbul 5-ci Sülh Cəza Məhkəməsinin qərarı ilə həbs edilən M.Savaşın 2023-cü ildə Fransada Türkiyəyə qarşı tədbirlərdə iştirak etdiyi və terror təşkilatı PKK/KCK-ya dəstək fəaliyyətlərində iştirak etdiyi öyrənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
15
ikisahil.az

1Sources