Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 12-də qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan Rakif İmran oğlu Cəfərov həkimlərin səylərinə baxmayaraq, ötən gecə Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə noyabrın 12-də Naxçıvanda, Babək rayonunun Cəhri qəsəbəsində baş verib. Hadisə nəticəsində evdə olan Rakif Cəfərov və oğlu Ramin Cəfərov qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıblar. Onlar vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yerləşdiriliblər.