İsrail və “Hizbullah” arasında hərbi əməliyyatlar səbəbindən Livandakı bəzi xəstəxanalar tam və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat verib.

“Bu gün ölkənin səhiyyə sistemi çox güclü təzyiq altındadır, 153 xəstəxanadan 15-i fəaliyyətini dayandırıb və ya qismən fəaliyyət göstərir”, – hesabatda qeyd olunub.

Bildirilib ki, bəzi bölgələrdə vəziyyət daha ağırdır.

“Livanın səkkiz əyalətindən biri olan Nabatiyə xəstəxana çarpayılarının təxminən 40 %-ni itirib”, – ÜST-ün hesabatında vurğulanıb.