EN

Piyadalara yol verin...

Hər bir nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkəti qaydalarına əməl etməlidir.

Belə qaydalardan biri də  piyadalara yol verilməsidir. İndi gəlin görək, bütün sürücülər piyadalara yol verirmi? Təbii ki, bu suala birmənalı cavab vermək olmur! Bilirsiniz,niyə?! Çünki piyadalara yol verənlər də, var, yol verməyənlər də!  Amma yol verənlər, yol verməyənlərdən  çoxdur.Bütün hallarda , piyadaya yol verməmək qanun pozuntusu  sayılır.

Bakının küçə və prospektlərində apardığımız müşahidələr bir daha dediklərimizi təsdiq  etdi. Belə ki,  Yeni Günəşlidə " Fatimeyi-Zəhra" məscidinin yanında, Gənclikdə, Ziya Bünyadov prospektində, eləcə də digər yerlərdə bəzi sürücülər piyada zolaqları olsa da, onlara yol vermirlər.

Hələ bu, azmış kimi,bir çox intizamsız sürücülər yol keçən piyadanın üstünə qışqırırlar da! Ümumiyyətlə, piyadaya yol verməməyə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 40 manat məbləğində cərimə olunurlar.  Bir faktı da qeyd edək ki, bəzi sürücülər də sürücü mədəniyyəti lazımi səviyyədə deyil, eləcə də piyadalarda! Çünki ən çətin anda çıxılmaz vəziyyətə düşmüş sürücüyə digər sürücü yol vermir.

Emil Faiqoğlu     

Chosen
42
adalet.az

1Sources