EN

“Kilolu olanda mənə “inək” yazanlar indi...” - Xatirə

Qəzaya düşən aktyor və rejissor Taleh Yüzbəyovun həyat yoldaşı, influenser Xatirə Yüzbəyova son günlər sosial şəbəkədə neqativ və xoşagəlməz şərhlərlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda bloger instaqram səhifəsində məlumat verib.

Xatirə izləyicilərdən birinin onun ünvanına yazdığı “Nəyə oxşayırsınız? Necə çirkinləşmisiniz?” rəyini “screen”ini yayımlayaraq sərt şəkildə reaksiya bildirib:

“Buna baxın saxta səhifədən yazır, çünki hünəri çatmır axı öz səhifəsindən yazmağa. Dəvət edirəm səni o yazdığın sözləri gəl üzümə de. Çatar hünərin? Yox! Bunlar özü də yüz faiz məni həyatda tanıyan, yaşadığım həyata həsəd aparanlardı. Səni qara siyahıya atmıram, izlə, bax və daha çox yan, tökül”.

Növbəti paylaşımında X.Yüzbəyova bu mövzunu bu fikirləri ilə nöqtə qoyub:

“Gün ərzində o qədər mənfi rəy alıram. İnanın hamısına əslində cavabı olardı. Hamısına! Mən söz altında qalan insan deyiləm. Sadəcə sizə nə mənfi enerji ilə boğmaq, nə də öz enerjimi buna xərcləmək istəmirəm. Artıq çəkim olanda “boçka”, “inək” və sayra yazanlar indi “Nə günə düşmüsən?” və ya başqa şeylər yazırlar. Amma buradan da deyim ki, mən sizə görə riskə getmədim, özümə görə elədim. Səhifəm açıqdır deyə ağzınıza gələni sizə ixtiyar verməyib kimsə ki, yazasınız. Sizə elə şeylər yazaram ki, dəymişiniz qala-qala kallarınız tökülər. Mənim də səbr kasamın dolduğu bir hədd var. Cavab verməyəndə də, verəndə də özünüzü bir şey zənn edirsiniz. Hamı həddini bilsin! Allaha and olsun içimdə yığılan bütün neqativi üstünüzə tökərəm. Bundan sonra illərlə təmizlənə bilmərsiniz”.

Qeyd edək ki, Taleh və Xatirə cütlüyünün iki övladı var.OLAY

Chosen
13
8
bakivaxti.az

9Sources