EN

“Pensiya yaşı real ömür uzunluğu ilə müəyyənləşdirilməlidir” - SOSİOLOQ FİKRİ

“Azərbaycanda pensiya yaşının artırılması və yığılmış kapitalın xərclənməsi ilə bağlı məsələlər son zamanlar daha ciddi müzakirə obyektinə çevrilib. Pensiya yaşının həddinin müəyyən olunması ortalama ömür uzunluğu ilə assosiyasiya olunur. Azərbaycanda qadınların orta ömür uzunluğu 76, kişilər üçün 71 yaş kimi qəbul olunur. Bütövlükdə isə ortalama ömür yaşı 74 olaraq qəbul olunur. Bu mənada Azərbaycanda hazırda pensiya yaşının kişilər üçün 65, qadınlar üçün isə 2027-ci ilə qədər 65-ə çatmasının gözlənilməsi çox yuxarıdır. Hesab edirəm ki, iki-üç yaş pensiya yaşının aşağı salmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, ömür uzunluğu gözlənilən və real olur: “Gözlənilən ömür uzunluğu ilə pensiya yaşını hesablamaq düzgün deyil. Pensiya yaşı məhz real ömür uzunluğu ilə müəyyənləşdirilməlidir. Azərbaycanda kişilər və qadınlar pensiya yaşı orta ömür uzunluğu meyarını tətbiq etdikdə ən azı 2-3 yaş çox olur.

Digər məsələ isə pensiya kapitalında yığılan pulların sonrakı taleyi ilə bağlıdır. Bu baxımdan qadınlar hardasa şanslı hesab oluna bilər. Çünki qadınlar kişilərdən daha çox yaşayır. Təhlil etdikdə görürük ki, kişilərin əksəriyyəti pensiya yaşına çatmadan dünyasını dəyişir və pensiya kapitalında yığılan pullardan istifadə edə bilmirlər. Bəzi hallarda həmin kapitaldan dünyasını dəyişən şəxsin 18-a yaşa çatmamış övladının və ya pensiyası aşağı olan həyat yoldaşının istifadə edə bilməsi bildirilir. Lakin bu düzgün yanaşma deyil, çünki bir çox insan həyatda olarkən həmin kapitaldan özünün istifadə edə bilməsini istəyir. Məsələn bəzi hallarda insan ömrünün sonuna yaxın hər hansı xəstəliyə tutulur və pula ehtiyac olur. Bu zaman şəxs pensiya kapitalında yığılan puldan istifadə etmək istəyir, lakin bu mümkün olmur. Düşünürəm ki, insanlara bu şansı vermək lazımdır. Bu daha ədalətli olar. Eyni zamanda özəl pensiya fondlarının yaradılması da mühümdür”.

Müəllif: Səbinə Hüseynli
Chosen
21
sia.az

1Sources