EN

Putin “Oreşnik” ilə kimi qorxutmaq istəyir..?

...Deməli, cümə axşamı Rusiya hərbçiləri Dneprdəki "Yujmaş" zavoduna hücum etmək üçün nüvə başlığı daşıya bilən yeni orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə ediblər. Vladimir Putin Ukraynanın Bryansk və Belqorod vilayətlərindəki hədəflərə qarşı Amerika ATACMS raketlərindən istifadə etməsinə cavab olaraq bunu “döyüş şəraitində sınaqlar” adlandırıb.

...Bir çox sosial media istifadəçiləri Avropada nüvə müharibəsi ehtimalı ilə belə bir raketin istifadəsindən guya qorxduqlarını yazırlar.

Lakin Amerika səlahiyyətliləri bunu sakitliklə qarşılayıblar və bunu Putininnövbəti “nüvə çubuğunun tıqqıltısı” olduğunu bildiriblər.

Bundan əlavə, ekspertlərin dediyi kimi və açıq mənbələrdən əldə edilən məlumatların təsdiq etdiyi kimi, "Oreşnik" elə də “xoxan” bir silah olmaya bilər.

...Onun niyə, və ya nə vaxt dünyanı məhv etmək qərarına gəldiyinə dair heç bir məntiq olmayacaq, məncə, onu dayandırmaq üçün cəmi bir neçə ay qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna ilə genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı tərk edən həkim Andrey Volna Facebook-da yazıb.

...Videodakı hər bir “def” çoxsaylı raket başlıqlarından ayrı döyüş başlığıdır: bu dizayn xüsusi olaraq nüvə başlıqları daşıya bilən raketlər üçün xarakterikdir.

Bunun ardınca Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Hava Qüvvələrinin teleqram kanalında Rusiyanın Həştərxan vilayətindən Dnepr boyunca qitələrarası ballistik raket (ICBM) buraxılması ilə bağlı xəbər yayılıb. Bu, bəşəriyyət tarixində ilk dəfə idi ki, belə bir raket döyüşdə istifadə edilirdi, lakin hesabat ekspertlər arasında skeptisizm yaradıb.

…Yeri gəlmişkən xatırladaq ki, Putin videomüraciətində Oreshnik-i “ən yeni raket sistemi” adlandırıb.

Amma bu arada Dneprdə “Oreşnik”in qəzaya uğradığı yerdə aşkar edilən və CNN tərəfindən dərc edilən detalla eyni detalın qeydini tapa bilib. Satınalma sənədlərindən belə çıxır ki, bu hissə 11 il əvvəl D-30 Bulava kompleksinin raketlərində quraşdırılıb.

Yəni Putinin dediyi kimi, yeni bir şey deyil.

...Və cümə axşamı günü axşam Pentaqon rəsmi olaraq elan edib ki, onun məlumatlarına görə, “Oreşnik”Rusiya Federasiyasında 1990-cı illərin ortalarında ən ciddi məxfilik şəraitində yaradılmış RS-26 Rubej kompleksinin raketinin modifikasiyasıdır.

Əli Babayev

Chosen
44
50
sia.az

10Sources