EN

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Gundem.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1.35% artaraq 76.52 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,60 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Chosen
67
20
gundem.az

10Sources