EN

Əhalini interneti kəsməklə hədələdi

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2025-ci ildə keçiriləcək prezident seçkilərindən sonra 2020-ci ildə baş verənlərə bənzər kütləvi etirazlar yenidən başlasa, ölkədə internetə çıxış tamamilə bağlanacaq.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

"İğtişaşlar yenidən baş verərsə, biz interneti tamamilə kəsəcəyik. Açığı, deyim ki, bu, həmişə, xüsusən də ilkin mərhələlərdə mənim icazəmlə olub", - Lukaşenko deyib.

Qeyd edək ki, Belarusda seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.

7News.Az
Chosen
13
7
7news.az

9Sources