EN

Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Yeni xəbər yayıdlı (YENİLƏNİB)

"İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil".

Mia.az
APA-ya istinadla xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim edib.

İstanbulun Sarıyer rayonunda ticarət mərkəzlərindən birinin qarşısında polis tərəfindən saxlanılan şəxsin üzərində 70 kilo qızıl aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, İstanbul Prokurorluğunun təlimatı əsasında Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Sarıyerdə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı Azərbaycan əsilli olduğu bildirilən M.G.Ş. adlı şübhəli şəxs taksidə saxlanılıb.

Xəbərin orijinalı: https://www.ntv.com.tr/turkiye/sariyerde-durdurulan-suphelinin-uzerinden-70-kilo-altin-cikti,TkeewIc650yJL9cM8wrOPA

Chosen
5
1
mia.az

10Sources