EN

Merkel: “Ukraynanın qələbə qazanacağına…”

Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevin Donetsk və Luqansk üzərində nəzarəti hərbi yolla qaytarmasını mümkün olmadığını bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Merkel “Spiegel” jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, 2014 cü ildə Ukrayna Donbasa hərbi yolla nəzarəti ələ keçirməyə cəhd etməyə hazır olub-olmaması ilə bağlı mübahisələr gedirdi:

“Düşünürdüm ki,  Ukraynanın döyüşdə uğur qazanma şansı yox idi. Lakin digər tərəfdən, biz Ukraynanı yalnız qoya bilməzdik. Nəticədə Almaniyadan Ukraynaya silah tədarük etdik”.

Qeyd edək ki, Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb. 

O, Minsk formatı adlanan danışıqlarda vasitəçi kimi çıxış edərək, Ukraynadakı münaqişənin həlli cəhdlərində əsas rollardan birini oynayıb.

Chosen
34
20
cebheinfo.az

10Sources