EN

“Buna görə çılpaq şəkillər çəkdirib, satdım” – Səmradan ETİRAF

“Miss Azerbaijan 2019″ yarışmasının qalibi model Səmra Hüseynova çılpaq fotosessiyaları barədə açıqlama verib.

KONKRET.az xəbər verir ki, “YouTube”da yayımlanan “AStar” layihəsinin qonağı olan model buna məcbur olduğunu etiraf edib:

“Biz sələmlə böyümüşük. Anam bizi sələmlə oxudub. Anamın sələm aldığı məbləğ çox böyük idi. Borc aldığı insan ona bıçaq çəkmək istədi. O hadisə mənim yanımda oldu. Mən də 3 günün içində o pulu tapıb ödədim. Çılpaq çəkilişlər edərək o pulu yığdım. Bəzi şirkətlər var ki, onlar sənin çılpaq görüntülərini alır və sənə yüksək məbləğdə pul verirlər. Çılpaq fotolarımın sonra yayılması vecimə deyil.  O şəkilləri görə də bilərsiniz görməyə də… “Google”da yoxdur amma sosial şəbəkədə var. Atla olan çılpaq fotolarım yayılıb”.

Səmra anası ilə bağlı yaşadığı hadisəni xatırlayaraq kövrəlib:

“Həmin fotolara görə problemim olmayıb. Mən ona görə ağlayıram ki, o səhnəni unuda bilmirəm. Sizin gözünüzün önündə ananızı öldürmək istəsələr necə olarsınız? O bizə görə bunu edib. İnsan məcbur qalandar hər şeyə əl atır. Mən də etdim. Fotolarımı alan şirkətlər Türkiyə, Fransa, Gürcüstan, Rusiya. Amma Azərbaycana gəlirlər. Bizdə bununla məşğul olan şirkətlər var ki, onlar deyirlər ki, bu model bu cür fotolar çəkdirə bilər və bunu səndə edirsən. Azərbaycanda bunu edən yeganə mənəm. Mənə eskortluq etmək təklifləri olur, amma bunu edə bilmirəm. Etməmişəm. Edə bilmərəm də… Ruhumu sata bilmirəm”.

Chosen
30
konkret.az

1Sources