EN

Bu rayonlarda əlillərə və şəhid ailələrinə mənzillər veriləcək - DETALLAR

Sosial Xidmətlər Agentliyi mənzillərin satın alınması ilə bağlı dörd ədəd açıq tender elan edir.

Dövlət Fondu bu şəxsə 500 mənzilə görə 68,4 milyon manat - ÖDƏYƏCƏK

FED.az xəbər verir ki, Agentlik Zərdab, Sabirabad, Kürdəmir və Ucar rayonlarında əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə 18 ədəd ikiotaqlı və 12 ədəd üçotaqlı mənzilin satın alınmasını həyata keçirəcək. Satınalma prosesinə 9 475 200 manat sərf olunacağı ehtimal olunur.

Tenderlərdə iştirak haqqı 1 000 manat müəyyən edilib.

Hər bir tender üzrə ehtimal olunan qiymət 2.368.800,00 AZN təşkil edir.

Tenderlər haqqında digər detallar :

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2024 17:00

Zərflərin açılış tarixi və vaxtı: 20.12.2024 17:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Hüseyn Ağazadə, Satınalmanın təşkili şöbəsinin müdiri ; Fəridə Əlixanlı, Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisi

Email : [email protected] ; [email protected]

Əlaqə telefonu : 012-525-41-30 (5155) ; 012-525-41-30 (5157)

Chosen
7
fed.az

1Sources