EN

Yeni inşa edilən Böyükşor-Pirşağı yolundan görüntülər (FOTO/VİDEO)

Bakı. Trend:

Böyükşor-Pirşağı yeni avtomobil yolu ümumi uzunluğu12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, torpaq yatağının eni 30.6 metr, hər birhərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkətzolağından ibarətdir.

Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 4 körpü və 1yerdə alt keçidin inşası aparılıb.

Yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərintikintisi, həmçinin müxtəlif diametrlərə malik suötürücü borularınquraşdırılması işləri icra olunub.

Həm nəqliyyat vasitələrinin, həm də piyadalarınərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyadasəkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrəvelosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemiquraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yolkənarlarında əlavə abadlıq işləri görülüb.

Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurmaqurğuları quraşdırılıb.

Qeyd edilib ki, yeni yol başlanğıcını Balaxanıqəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah vəMəmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədəruzanır.

Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Chosen
28
7
az.trend.az

10Sources