Moskva İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) legitimliyini tanımır.
Hurriyyet.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində deyib.
"Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir", - Medvedev qeyd edib.