EN

Yeni inşa edilən Böyükşor-Pirşağı yolundan görüntülər - FOTO - VİDEO

Böyükşor-Pirşağı yeni avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 4 körpü və 1 yerdə alt keçidin inşası aparılıb.

Yolboyu zəruri yerlərdə "U" tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri icra olunub.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb.

Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Qeyd edilib ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
Chosen
8
7
day.az

10Sources