EN

İran Rusiyaya nota verdi

İran Rusiyaya nota verdiİranın Kazandakı baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası verib.

Sonxeber.az trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Etiraz notasına səbəb iranlı tələbələrin müvəqqəti uçot müddətinin uzadılması mərkəzində döyülməsi və saxlanılmasıdır. Notada bildirilir ki, yerli polis tələbələrlə sərt şəkildə davranıb.

Ötən gün Kazan Federal Universitetində təhsil alan müxtəlif ölkələr, o cümlədən, Özbəkistan, Çin, İran, Türkmənistandan əcnəbi tələbələr müvəqqəti uçotun artırılması ilə əlaqədar universitetin müvəqqəti uçotun artırılması mərkəzinə müraciət ediblər. Tələbələr arasında baş verən qarşıdurma polisin müdaxiləsi ilə nəticələnib.

Qeyd edək ki, Rusiya KİV-lərinin məlumatına əsasən, tələbələr polislərə qarşı müqavimət göstərib və nəticədə onlardan biri həbs edilib.

Chosen
32
6
sonxeber.az

10Sources