EN

İranın yeni paytaxtı bu şəhər ola bilər

Hazırda paytaxtın Tehrandan köçürülməsi ilə bağlı iddialar xəyaldır və bunun bu tezliklə reallaşması mümkün deyil.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin İctimai Komissiyasının üzvü Əhməd Fatimi deyib.

O, bundan əvvəl Simnan şəhərinin paytaxt seçilməsi ilə bağlı planların olduğunu xatırladıb:

"Bu şəhər paytaxt üçün daha uyğun seçimdir".

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.

Chosen
24
13
axar.az

10Sources